Kurs
Data Analytics Bootcamp

Excel, SQL, Power BI və Python-u əhatə edən tam praktik proqram — data hazırlığından dashboard-lara, təhlilə və yekun layihələrə qədər.
Bu kurs kimlər üçündür
Data Analitikası sahəsində karyera qurmaq və ya məlumatlarla işləmək bacarıqlarını sıfırdan inkişaf etdirmək istəyən hər kəs üçün nəzərdə tutulub. Tələbələr, yeni məzunlar, biznes, maliyyə, marketinq, mühəndislik və digər sahələrdə çalışan mütəxəssislər üçün uyğundur. İstər yeni sahəyə keçid etməyi, istərsə də mövcud bacarıqlarınızı inkişaf etdirməyi hədəfləyin, bu bootcamp Excel əsaslarından başlayaraq SQL, Power BI və Python-a qədər tam öyrənmə yolu təqdim edir. Proqramlaşdırma təcrübəsi tələb olunmur.
Data Analitika Bootcampi məlumatlarla işləməyin əsaslarından başlayaraq real analitik layihələrə qədər aparan tam praktik proqramdır. Proqram ardıcıl və məntiqli şəkildə qurulub: Excel vasitəsilə məlumatları təşkil etməyi, təmizləməyi və yekunlaşdırmağı; SQL ilə verilənlər bazalarından məlumat çıxarmağı və strukturlaşdırılmış data ilə işləməyi; Power BI ilə nəticələri interaktiv dashboard və hesabatlara çevirməyi; Python ilə isə daha dərin təhlil, avtomatlaşdırma və data emalı bacarıqlarını öyrənəcəksiniz. Bootcamp boyunca reala yaxın data dəstləri, praktik tapşırıqlar və layihə əsaslı çalışmalar üzərində işləyəcəksiniz. Məlumatları hazırlamağı, düzgün analitik suallar verməyi, mənalı hesabatlar qurmağı, nəticələri vizuallaşdırmağı və aydın şəkildə təqdim etməyi mənimsəyəcəksiniz. Proqramın sonunda data analitikasında istifadə olunan əsas alətlər üzrə praktik təcrübəyə və bacarıqlarınızı nümayiş etdirən yekun layihəyə sahib olacaqsınız.
Nə öyrənəcəksiniz
Excel
Məlumatların hazırlanması, formulalar, məntiqi funksiyalar, PivotTable-lar, qrafiklər, dashboard-lar və hesabatların hazırlanması.
SQL
Əlaqəli verilənlər bazası anlayışları, sorğular, filtrləmə, JOIN-lər, aqreqasiya, alt sorğular və analitik funksiyalar.
Power BI
Məlumatların transformasiyası, data modelləşdirilməsi, DAX, interaktiv hesabatlar, dashboard-lar və biznes analitikası.
Python
Proqramlaşdırma əsasları, NumPy, Pandas, məlumatların təmizlənməsi, vizuallaşdırılması, Exploratory Data Analysis (EDA) və statistika.
Capstone Layihəsi
Excel, SQL, Power BI və Python-dan istifadə etməklə real biznes probleminin tam analitik həlli.
Karyera Hazırlığı
Portfolio hazırlanması, müsahibəyə hazırlıq və Data Analitikası üzrə ən yaxşı praktiki yanaşmalar.
20 həftə


