Kurs
Machine Learning təlimi

Python ilə nəzarətli və nəzarətsiz öyrənmə alqoritmlərini tətbiq etməyi, modelləri qiymətləndirməyi və optimallaşdırmağı öyrənin.
Bu kurs kimlər üçündür
Python və əsas statistika biliklərinə sahib olub maşın öyrənməsi modelləri qurmaq və real problemlərin proqnozlaşdırıcı həllərini hazırlamaq istəyən şəxslər üçün nəzərdə tutulub. Data analitikləri, proqramçılar, gələcək data scientist-lər, mühəndislər və analitikadan süni intellekt istiqamətinə keçmək istəyən mütəxəssislər üçün uyğundur.
Machine Learning verilənlərdəki nümunələri avtomatik aşkar etməyə, proqnozlar verməyə və məlumat əsaslı qərarların qəbulunu dəstəkləməyə imkan verir. Bu kurs Python və Scikit-learn kitabxanası vasitəsilə maşın öyrənməsinin həm nəzəri əsaslarını, həm də praktik tətbiqini öyrədir. Kurs ərzində data preprocessing, feature engineering, nəzarətli və nəzarətsiz öyrənmə alqoritmləri, model qiymətləndirilməsi, feature selection, ölçünün azaldılması (dimensionality reduction), hyperparameter tuning, ensemble metodları və model interpretasiyası kimi mövzuları mənimsəyəcəksiniz. Real data dəstləri üzərində işləyərək müxtəlif modelləri müqayisə etməyi, performansı optimallaşdırmağı və praktik Machine Learning həlləri hazırlamağı öyrənəcəksiniz. Təlim proqramı real biznes problemi üzərində hazırlanmış end-to-end proqnozlaşdırma layihəsi ilə tamamlanır.
Nə öyrənəcəksiniz
Machine Learning əsasları, nəzarətli və nəzarətsiz öyrənmə.
Data preprocessing, feature engineering və feature selection.
Regression, classification, clustering və dimensionality reduction.
Model qiymətləndirilməsi, cross-validation, performans metrikləri və xəta analizi.
Hyperparameter tuning, pipeline optimallaşdırılması və model seçimi.
Ensemble metodları
Bagging, Random Forest, Boosting, XGBoost və Stacking.
Model interpretasiyası və Explainable AI əsasları.
10 həftə


