Kurs
Generativ AI təlimi

Böyük dil modelləri, Prompt Engineering, RAG, AI Agent-lər və multimodal modellərlə müasir AI tətbiqləri hazırlamağı öyrənin.
Bu kurs kimlər üçündür
Machine Learning və ya Deep Learning üzrə əsas bilikləri olan, Generative AI texnologiyalarını real tətbiqlərdə istifadə etməyi öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulub. AI mühəndisləri, Data Scientist-lər, proqramçılar, avtomatlaşdırma üzrə mütəxəssislər və biznes proseslərinə böyük dil modellərini inteqrasiya etmək istəyən hər kəs üçün uyğundur.
Generative AI proqram təminatının hazırlanmasını, məlumatlarla işləmə üsullarını və biznes proseslərinin avtomatlaşdırılmasını sürətlə dəyişdirən ən aktual texnologiyalardan biridir. Bu kurs müasir böyük dil modellərindən istifadə etməklə real AI tətbiqlərinin hazırlanmasına yönəlmiş praktik bacarıqlar qazandırır. Kurs ərzində foundation modellərinin iş prinsiplərini, Prompt Engineering texnikalarını, Retrieval-Augmented Generation (RAG) sistemlərini, AI Agent-lərin hazırlanmasını, vector database-lərlə işi, multimodal modelləri, model API-lərini və fine-tuning yanaşmalarını öyrənəcəksiniz. Real layihələr üzərində işləyərək LLM-ləri sənədlər, API-lər, xarici alətlər və biznes prosesləri ilə inteqrasiya etməyi, həmçinin qiymətləndirmə, təhlükəsizlik və deployment üzrə müasir yanaşmaları mənimsəyəcəksiniz.
Nə öyrənəcəksiniz
Foundation modelləri, Transformer arxitekturası və Large Language Model (LLM) əsasları.
Prompt Engineering
prompt strategiyaları, strukturlaşdırılmış promptlar və nəticələrin qiymətləndirilməsi.
Embedding-lər, vector database-lər, semantik axtarış və Retrieval-Augmented Generation (RAG).
AI Agent-lər, tool calling, Model Context Protocol (MCP) və workflow avtomatlaşdırılması.
Multimodal AI
mətn, şəkil, səs və vision-language modelləri.
Fine-tuning əsasları, LoRA və modelin fərdiləşdirilməsi.
LLM qiymətləndirilməsi, təhlükəsizlik, guardrails, hallusinasiyaların azaldılması və Responsible AI.
Xarici API-lər və biznes məlumatları ilə inteqrasiya olunmuş yekun Generative AI layihəsi.
10 həftə


