Kurs
Python ilə Data Analitikası

Python ilə məlumatların təhlili, vizuallaşdırılması və analitik problemlərin həllini praktik layihələr üzərində öyrənin.
Bu kurs kimlər üçündür
Real məlumatlar üzərində işləməyi və Python ilə analitik həllər hazırlamağı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulub. Tələbələr, yeni məzunlar, müxtəlif sahələrdə çalışan mütəxəssislər və məlumatlarla işləməyə maraq göstərən şəxslər üçün uyğundur. Proqramlaşdırma təcrübəsi tələb olunmur.
Python sadəliyi, çevikliyi və zəngin alətlər ekosistemi sayəsində data analitikasında ən çox istifadə olunan proqramlaşdırma dillərindən biridir. Bu kursda Python-dan məlumatların toplanması, təmizlənməsi, transformasiyası, vizuallaşdırılması və təhlili üçün istifadə etməyi real nümunələr və praktik tapşırıqlar üzərində öyrənəcəksiniz. Kurs boyunca məlumatlarla işləmək üçün düzgün yanaşmaları mənimsəyəcək, müxtəlif analitik metodları tətbiq edəcək və əldə etdiyiniz nəticələri aydın şəkildə təqdim etməyi bacaracaqsınız. Addım-addım irəliləyərək xam məlumatları dəyərli analitik nəticələrə çevirmək, analitik düşüncə formalaşdırmaq və real problemlərin həllində Python-dan səmərəli istifadə etmək bacarığı əldə edəcəksiniz.
Nə öyrənəcəksiniz
Python əsasları və proqramlaşdırmanın əsas anlayışları.
Data strukturları, funksiyalar və fayllarla işləmə.
NumPy ilə ədədi hesablamalar.
Pandas ilə məlumatların yüklənməsi, təmizlənməsi və transformasiyası.
Matplotlib və Seaborn ilə məlumatların vizuallaşdırılması.
Real məlumat dəstləri üzərində Exploratory Data Analysis (EDA).
Təsviri statistika və analitik metodlar.
Tətbiqi yekun layihə və kurs qiymətləndirilməsi.
12 həftə


