Kurs
SQL təlimi

Praktik tapşırıqlar və real nümunələr vasitəsilə SQL sorğuları yazmağı, məlumatları analiz etməyi və əlaqəli verilənlər bazaları ilə işləməyi öyrənin.
Bu kurs kimlər üçündür
SQL öyrənmək və əlaqəli verilənlər bazaları ilə işləmək üçün möhkəm təməl qurmaq istəyən hər kəs üçün nəzərdə tutulub. Tələbələr, analitiklər, proqramçılar, mühasiblər və məlumatlarla işləyən digər mütəxəssislər üçün uyğundur. SQL üzrə əvvəlcədən təcrübə tələb olunmur.
SQL əlaqəli verilənlər bazaları ilə işləmək üçün istifadə olunan standart sorğu dilidir və data analitikası, proqram təminatının hazırlanması, biznes analitikası və bir çox digər sahələrdə ən vacib bacarıqlardan biridir. Bu kursda SQL-i əsas anlayışlardan başlayaraq inkişaf etmiş sorğu texnikalarına qədər öyrənəcək, filtrləmə, çeşidləmə, JOIN-lər, aqreqasiya, alt sorğular, analitik funksiyalar və verilənlər bazası obyektləri ilə işləmə bacarığı əldə edəcəksiniz. Praktik tapşırıqlar və real biznes ssenariləri üzərində işləyərək performanslı SQL sorğuları yazmağı, böyük həcmli məlumatları təhlil etməyi, verilənlər bazası ilə effektiv işləməyi və məlumat əsaslı problemləri həll etməyi öyrənəcəksiniz. Kurs nəzəri biliklərlə yanaşı praktiki yanaşmaya üstünlük verir və sizi real layihələrdə SQL-dən inamla istifadə etməyə hazırlayır.
Nə öyrənəcəksiniz
SQL əsasları və əlaqəli verilənlər bazası anlayışları.
Məlumatların filtrasiyası, sıralanması və SQL funksiyaları.
Aqreqasiya, GROUP BY və HAVING.
JOIN-lər, alt sorğular və çoxluq əməliyyatları.
DDL, DML, Constraints, View, Index və digər verilənlər bazası obyektləri.
Analitik funksiyalar, CTE-lər və inkişaf etmiş SQL.
Prosedur yönümlü SQL-ə giriş.
Tətbiqi yekun layihə və kurs qiymətləndirilməsi.
8 həftə


